Dünya

Tramp: "ABŞ müəyyən məqamda İranla danışıqları bərpa edə bilər"

19 Aug 2026, 23:48 2 baxış
Tramp: "ABŞ müəyyən məqamda İranla danışıqları bərpa edə bilər"
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların müəyyən məqamda İranla danışıqları bərpa edə biləcəyini, lakin hazırda buna ehtiyac görmədiyini bildirib. Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. "Bəlkə də müəyyən bir məqamda. Lakin hazırda, mənə elə gəlir ki, vəziyyət onsuz da çox yaxşıdır", - deyə Ağ Ev rəhbəri jurnalistlərin İranla danışıqları bərpa etmək niyyətində olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib. Tramp bir daha ABŞ-nin hazırda Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib. Qeyd edək ki, çərşənbə axşamı "Al Jazeera" mənbəyə istinadən Trampın amerikalı danışıqçılara İranın Vaşinqtona lazım olan sazişi bağlamağa hazır olacağı təqdirdə dialoqa qayıtmağı tapşırdığı barədə məlumat yaymışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər