Dünya
Fransada işıq şousu zamanı tribuna uçdu: Xəsarət alanlar var - VİDEO
Fransanın şimal-qərbində yerləşən Byenassis qəsrində işıq və səs şousunun başlamasından əvvəl tamaşaçıların əyləşdiyi tribuna çöküb. Nəticədə 16 nəfər xəsarət alıb, onlardan beşi Sen-Briyö xəstəxanasına yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə "ici.fr" məlumat yayıb.
Hadisə avqustun 18-i axşam saatlarında Kot-d'Armor departamentinin Erki kommunasında qeydə alınıb. "Bretonlu Anna" tamaşasının sonuncu nümayişindən öncə yüzə yaxın tamaşaçı tribunada yerlərini tutarkən konstruksiya qəflətən uçub. Yerli prefekturanın məlumatına görə, xəsarət alan 16 nəfərin heç birinin həyatı üçün təhlükə yoxdur. Zərərçəkənlərin əksəriyyətinə hadisə yerində tibbi yardım göstərilib, beş nəfər isə hospitalizasiya edilib. Fəsadların aradan qaldırılması prosesinə 50-dən çox yanğınsöndürən və iki tibbi briqada cəlb olunub. Çökmənin dəqiq səbəbləri hələlik məlum deyil. Sen-Briyö prokurorluğu hadisənin başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər