Dünya

Trampın İrana qarşı yeni strategiyası: Danışıqlar dayandırıldı, təzyiqlər artırılır

19 Aug 2026, 14:52 1 baxış
Trampın İrana qarşı yeni strategiyası: Danışıqlar dayandırıldı, təzyiqlər artırılır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini dəyişərək, danışıqları davam etdirməkdən imtina edib və diqqəti Tehrana qarşı təzyiqlərin mərhələli şəkildə artırılmasına yönəldib. Oxu.Az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Telekanalın məlumatına əsasən, Tramp Administrasiyanın yüksəkvəzifəli nümayəndələrinə İranla danışıqları dayandırmağı tapşırıb. "Ağ Evin rəsmi şəxsləri bu yaxınlarda siyasi müttəfiqlərinə strategiyalarını dəyişdiklərini bildiriblər - onlar "mümkün qədər tez zərbə endirmək" taktikasından zamanla "onu boğmaq" planına keçid edirlər", - deyə materialda qeyd olunur. Mənbələrin sözlərinə görə, Birləşmiş Ştatların rəhbəri İran üzrə danışıqlar qrupuna Tehranla dialoqa girməmək barədə göstəriş verib. Danışıqlar komandasına ABŞ liderinin kürəkəni Cared Kuşner, vitse-prezident Cey Di Vens və ölkə rəhbərinin xüsusi nümayəndəsi Stiven Uitkoff daxildirlər. Əvvəllər Tramp Tehranla diplomatik səylərin irəlilədiyini və yeni razılaşmanın əldə oluna biləcəyini dəfələrlə vurğulamışdı. Lakin son açıqlamlarında ABŞ prezidenti İran tərəfi ilə heç bir əlaqənin olmadığını bəyan edib. "İran İslam Respublikası ilə hər hansı danışıqlar və ya təmaslar aparılmır və planlaşdırılmır", - deyə Tramp "Truth Social" şəbəkəsində yazıb. Ağ Ev rəhbəri əlavə edib ki, İrana qarşı dəniz blokadası qüvvədə qalmaqda davam edir, Hörmüz boğazı isə açıqdır. Trampın sözlərinə görə, boğazdakı bütün dəniz minaları zərərsizləşdirilib və ya məhv edilib. "Reuters" yazır ki, ABŞ artıq minlərlə iranlı şəxsə və şirkətə qarşı sanksiyalar tətbiq edib, lakin Tehran bloklanan strukturların əvəzinə sürətlə yenilərini yaradır. Məlumata görə, Vaşinqtonun İrana təzyiqləri artırmaq üçün ən ehtimal olunan yolları Çin neft emalı zavodlarına və iri Çin banklarına qarşı sanksiyaların tətbiqi, quru blokadası və təkrar tariflərdir. Agentlik qeyd edir ki, ABŞ üçün əsas maneə kimi İranın Çinlə iqtisadi əlaqələrinin olmasıdır. Pekin İran neftinin 90%-dən çoxunu alır, lakin ABŞ hələlik bu tədarüklərin əsas iştirakçılarına qarşı sanksiyalardan çəkinir.
Mənbə oxu.az

Oxşar Xəbərlər