Dünya

"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi - FOTO

19 Aug 2026, 13:08 2 baxış
"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi - FOTO
ABŞ-nin "Vogue" jurnalı 2026-cı ilin ən dəbli və stilli itini seçib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Kp.ru nəşri məlumat yayımlayıb.
Məlumata görə, "Dogue" müsabiqəsində minlərlə ev heyvanı sahibi iştirak edib və öz itlərinin şəkillərini göndərib. Münsiflər heyəti təkcə fotoların keyfiyyətini və kompozisiyasını deyil, həmçinin heyvanların fotolar vasitəsilə ötürülən xarakterlərini də qiymətləndirib. Eyni zamanda, "dogueness" kriteriyasına uyğunluğu - itin moda nəşrinin atmosferini təcəssüm etdirmək qabiliyyəti də təhlil edilib. Qalib "Ser Spad" ləqəbli italyan qreyhaundu olub. Hakimlər (münsiflər heyəti) onun sakitliyini və ifadəli, diqqətli baxışlarını qeyd ediblər. Baş mükafat olaraq it "Dogue" jurnalının üz qabığında görünəcək.
"Vogue" 2026-cı ilin ən dəbli itini seçdi - FOTO "Vogue" 2026-cı ilin ən dəbli itini seçdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər