Dünya

Rusiya Xersonda mikroavtobusa dron zərbəsi endirdi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO

19 Aug 2026, 12:12 1 baxış
Rusiya Xersonda mikroavtobusa dron zərbəsi endirdi: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Bu səhər (19 avqust) Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson şəhərinin Korabelnı rayonunda mikroavtobusa dron zərbəsi endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin özünün "Telegram" kanalında məlumat verib.

"Bu zərbə nəticəsində 4 nəfər həlak olub. Müvafiq xidmətlər hazırda onların şəxsiyyətini müəyyənləşdirirlər. Daha 4 qadın yaralanıb və hazırda xəstəxanadadırlar. Tibb işçiləri müayinələr aparır və xəsarət alanlara bütün lazımi yardımı göstərirlər", - deyə o yazıb. Qeyd edək ki, avqustun 19-da səhərə qədər Rusiya qoşunları Zaporojye bölgəsində 52 yaşayış məntəqəsinə 1 000-dən çox zərbə endirib. "Cəmi bir gün ərzində işğalçılar Zaporojye bölgəsindəki 52 yaşayış məntəqəsinə 1 019 zərbə endiriblər. Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində iki nəfər həlak olub, daha 10 nəfər yaralanıb", - deyə regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov "Telegram" kanalında bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər