Dünya

Venesuela neftinin 50 faizi ABŞ zavodlarına göndərilir

19 Aug 2026, 12:52 1 baxış
Venesuela neftinin 50 faizi ABŞ zavodlarına göndərilir
Venesuelada hasil olunan xam neftin təqribən yarısı Amerika Birləşmiş Ştatlarına ixrac edilir. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt məlumat verib. Texas ştatının Hyuston şəhərində çıxış edən rəsmi bildirib: "Son bir neçə ay ərzində biz 500 min bareldən çox, yəni Venesuelada çıxarılan neftin təxminən yarısının Birləşmiş Ştatlara, məhz bu neft üçün xüsusi olaraq inşa edilmiş neft emalı zavodlarına gətirildiyini görürük". Haustvaytın sözlərinə görə, hazırda Bolivar Respublikasında gündəlik neft hasilatı təqribən 1,25 milyon barelə bərabərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər