Dünya
Çin ilk dəfə daşıyıcı raketi uğurla yerə endirib
Çinin özəl aerokosmik "LandSpace" şirkəti "Zhuque-3" (ZQ-3) kommersiya daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Məlumata görə, ZQ-3 Çinin yalnız uğurla buraxılışı deyil, həm də quruya nəzarətli enişi icra edən ilk kommersiya buraxılış vasitəsi olub. Uçuş, yerli vaxtla səhər saat 07:35-də (Bakı vaxtı ilə səhər saat 03:35-də) ölkənin şimalındakı Szyuquan kosmodromundakı "Dunfen" buraxılış meydançasından baş tutub. ZQ-3-ün ilk qurğusu Çinin şimal-qərbindəki Qansu əyalətinin Minszin dairəsində xüsusi hazırlanmış əraziyə planlaşdırılan vaxtda eniş edib. Bu nailiyyət Çinin təkrar istifadə edilə bilən daşıyıcı raketlərinin yaradılması üçün əsas texnologiyaların mənimsənilməsində əhəmiyyətli irəliləyiş hesab olunur.
Mənbə
oxu.az