Dünya

Ukraynada xüsusi əməliyyat: Ali Radanın keçmiş və hazırkı deputatları, Zelenskinin Ofisinin əməkdaşları araşdırılırlar

19 Aug 2026, 11:11 2 baxış
Ukraynada xüsusi əməliyyat: Ali Radanın keçmiş və hazırkı deputatları, Zelenskinin Ofisinin əməkdaşları araşdırılırlar
Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ali Radanın keçmiş və hazırkı deputatlarının rəhbərlik etdiyi cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirir və bu qrupun tərkibinə Prezident Volodimir Zelenskinin Ofisinin əməkdaşları da daxildirlər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun "Telegram" kanalında məlumat verilib. "Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın hazırkı və keçmiş deputatlarının rəhbərliyi altında, eləcə də Volodimir Zelenski Ofisinin məmurlarının və digər şəxslərin iştirakı ilə fəaliyyət göstərən cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər