Şou biznes

Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi

19 Aug 2026, 11:48 2 baxış
Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi
Vyetnam müharibəsindən bəhs edən "Hamburqer yüksəkliyi" (Hamburger Hill, 1987) filmi və "Casus, rədd ol!" (Tinker Tailor Soldier Spy, 1979) mini-serialı ilə tanınan məşhur britaniyalı rejissor Con İrvin ömrünün 87-ci ilində dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu məlumatı rejissorun prodüserlərinə istinadən "Variety" nəşri yayıb. İrvinin ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb. Tanınmış sənətçi 1940-cı ildə Nyukasl şəhərində anadan olub. O, London Kino Sənəti Məktəbini bitirib və orada Vyetnam müharibəsinə həsr olunmuş sənədli, həmçinin qısametrajlı filmlər üzərində assistent kimi fəaliyyətə başlayıb. Öz peşəkar karyerası ərzində 30-dan çox ekran əsəri ərsəyə gətirən İrvin Böyük Britaniyanın əsas kino mükafatı sayılan BAFTA-ya üç dəfə namizəd göstərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər