Siyasət

İlham Əliyev Qarabağda balaca Gülərin arzusunu gerçəkləşdirdi - VİDEO

19 Aug 2026, 12:54 1 baxış
İlham Əliyev Qarabağda balaca Gülərin arzusunu gerçəkləşdirdi - VİDEO
İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb. Görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib. Azərbaycan Televiziyası (AzTV) komandası Kiçik Qaladərəsi kəndində olub, həm kəndə qayıdışdan sonra burada həyatın necə canlandığını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb. Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə - 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək. Balaca Gülərin Prezidentdən istədiyi traktor isə artıq Əsədovlar ailəsinə təqdim olunub. Daha ətraflı AzTV videomaterialında:
Mənbə oxu.az

Oxşar Xəbərlər