Digər

ABB insan kapitalının idarə olunması sahəsində iki nüfuzlu beynəlxalq mükafat qazandı

19 Aug 2026, 12:48 1 baxış
ABB insan kapitalının idarə olunması sahəsində iki nüfuzlu beynəlxalq mükafat qazandı
"Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatına malik ABB "The Brandon Hall Group" beynəlxalq təşkilatının Mükəmməllik Mükafatlarına layiq görülüb. Bank "Təlim və inkişaf üzrə rəqəmsal inkişafın dəstəklənməsi" və "İstedadların idarə olunması üzrə ən yaxşı idarəetmə modeli" kateqoriyasında iki mükafata layiq görülüb. ABB bu mükafatları istedadların idarə olunması və rəqəmsal sahədə onların inkişafının dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl layihələrə görə qazanıb. "The Brandon Hall Group"un mükəmməllik mükafatları qlobal biznes və insan resursları icmasında ən nüfuzlu qiymətləndirmələrdəndir. Bu mükafatlar fərqli sahələrdə ən qabaqcıl şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir və insan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə, bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı hesab edilir. "The Brandon Hall Group" 1993-cü ildən fəaliyyətdədir. Qurum bütün dünyada 10 000-dən çox təşkilata data texnologiyaları, araşdırma, sertifikatlaşdırma və s. sahələrdə peşəkar konsaltinq dəstəyi verir. İndiyə qədər dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrlə, təşkilatlarda apardığı sertifikasiya prosesləri və təkmilləşdirmə tədbirləri ilə milyonlarla işçinin fərdi inkişafına müsbət təsir göstərib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, "937" nömrəli məlumat mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər