Dünya
İngiltərə paytaxtında növbəti müəmmalı hadisə
London şəhərində yerləşən tullantıların emalı müəssisəsində baş vermiş yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, Londonun cənub-şərqindəki Detford ərazisində təxminən 50 ton məişət tullantısının toplandığı hadisə yerinə on beş yanğınsöndürmə texnikası göndərilib. Qatı tüstü səbəbindən vətəndaşlara həmin əraziyə yaxınlaşmamaq və mümkündürsə, evlərin qapı-pəncərələrini örtülü saxlamaq məsləhət görülüb. Hazırda yanğının hansı səbəbdən qaynaqlandığı bilinmir. Qeyd edək ki, iyun ayında da eyni emal müəssisəsində analoji yanğın hadisəsi baş vermişdi.
Mənbə
oxu.az