Dünya

ABŞ və Cənubi Koreyanın müştərək hərbi təlimləri vaxtından əvvəl yekunlaşacaq

19 Aug 2026, 10:52 3 baxış
ABŞ və Cənubi Koreyanın müştərək hərbi təlimləri vaxtından əvvəl yekunlaşacaq
ABŞ və Cənubi Koreya orduları "Ulchi Freedom Shield" adlı müştərək hərbi təlimlərini vaxtından əvvəl - avqustun 21-də yekunlaşdıracaq. Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat verilib. Qeyd edək ki, "Ulchi Freedom Shield" manevrlərinin avqustun 17-dən 27-dək keçirilməsi planlaşdırılırdı. "ABŞ tərəfinin təşəbbüsü ilə Birləşmiş Ştatlar və Cənubi Koreya təlimlərin miqyasını və müddətini tənzimləmək qərarına gəliblər. Hazırkı "Ulchi Freedom Shield" təlimləri avqustun 17-dən 21-dək baş tutacaq", - deyə bəyanatda vurğulanıb. Bu manevrlər iki ölkənin birgə təşkil etdiyi ən böyük iki hərbi təlimdən biridir. Cənubi Koreya prosesə 18 min hərbçi cəlb etməyi nəzərdə tuturdu. Komitədən həmçinin bildirilib: "İkinci bir qərarla, müştərək sahə təlimlərinin qismən ixtisar edilməsi razılaşdırılıb, hazırda ABŞ və Cənubi Koreya bunun detallarını müzakirə edir". Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətləri olduğunu xatırladaraq, ölkəsinin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştiraka razılaşmasından narazılığını bildirmişdi. Ağ Ev rəhbəri sosial şəbəkə hesabında qeyd etmişdi ki, bu təlimlərin xərclərinin böyük qismini ABŞ qarşılayır və bu addım onun prezidentliyi dövründə heç bir təhlükə yaratmayan, əksinə hörmət nümayiş etdirən bir ölkəyə qarşı tamamilə yersiz və düşmənçilik siqnalı verir. İlk vaxtlar Cənubi Koreya tərəfi təlimlərin miqyasının dəyişməyəcəyində israrlı idi. Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon parlamentdəki dinləmələr zamanı bəyan edib ki, ABŞ təlimlərin azaldılması planları ilə bağlı rəsmi Seulu əvvəlcədən xəbərdar etməyib: "Nə bizim hökumətimiz, nə də ABŞ nümayəndələri Trampın sosial şəbəkə hesabında yazdıqları barədə əvvəlcədən məlumata malik deyildilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər