Dünya
Çində ziyafət zamanı divar uçdu: Ölənlər var
Çinin cənub-qərbindəki Siçuan əyalətində bayram ziyafəti zamanı divarın uçması nəticəsində ən azı beş nəfər ölüb, 17 nəfər yaralanıb. Oxu.Az-ın məlumatına görə, regional fövqəladə hallar idarəsi hadisə barədə məlumat verib. Bildirilib ki, hadisə 18 avqust tarixində saat 17:30-da (Bakı vaxtı ilə 13:30 - red.) Çanninq qraflığında yerli sakinlərdən birinin uşaqlarının məktəbə qəbulunu qeyd etmək üçün həyətində keçirdiyi məclis zamanı baş verib. Qeyd olunub ki, hadisəyə səbəb güclü yağışlar olub. Dərhal üç nəfər ölüb, daha iki nəfər xəstəxanada ölüb. Yaralılar yerli xəstəxanada müalicə olunurlar. Hazırda araşdırma aparılır.
Mənbə
oxu.az