Dünya
Çində güclü zəlzələ oldu
Çinin şimalında yerləşən Tsinxay əyalətində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri təqribən 186 min nəfər əhalisi olan Dunxuan şəhərindən 270 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə
oxu.az