Dünya

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə sanksiya tətbiq etdi

19 Aug 2026, 01:24 2 baxış
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə sanksiya tətbiq etdi
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatında bildirilib. Bəyanatdan məlum olur ki, məhdudiyyətlər BCM-in sədri Tomoko Akane və təşkilatın nümayəndəsi Abdullaye Seyə qarşı tətbiq edilib. Rubionun bəyanatında vurğulanır ki, bu şəxslər BCM-in onun yurisdiksiyasına tabe olmayan ölkələrin rəsmilərinin təqib edilməsi, saxlanılması və məhkəmə araşdırmalarına cəlb olunması səylərində birbaşa iştirak ediblər. ABŞ-nin hazırkı administrasiyası artıq bir neçə dəfə BCM-ə qarşı sanksiyalar tətbiq edib. Məhkəmənin vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncamı ABŞ Prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə imzalayıb. ABŞ hökuməti BCM-i Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə ittiham edib. Sərəncam ABŞ vətəndaşlarına və ya onun müttəfiqlərinin vətəndaşlarına qarşı aparılan araşdırmalara cəlb olunan BCM əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər