Dünya

Türkiyədə deputata BIÇAQLI HÜCUM: Ağır yaralandı - VİDEO

19 Aug 2026, 00:12 2 baxış
Türkiyədə deputata BIÇAQLI HÜCUM: Ağır yaralandı - VİDEO
Türkiyədə Yeni Partiyanın Qaziantepdən olan millət vəkili Melih Meriç bıçaqlı hücuma məruz qalaraq ağır yaralanıb. Oxu.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs Cümhuriyyət Xalq Partiyasının (CHP) Oğuzeli rayon təşkilatının keçmiş rəhbəri Seydi Ahmet Keleşdir. Hadisə Qaziantepin Şahinbey rayonunun Karataş məhəlləsində baş verib. Bıçaqlı hücumun motivi barədə məlumat verilmir. Əməliyyata alınan deputatın vəziyyətinin hazırda stabil olduğu bildirilir. Keleşin axtarışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.
Türkiyədə deputata BIÇAQLI HÜCUM: Ağır yaralandı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər