Dünya
Belarusdan Avropaya mesaj: "Bütün qitə dağıdılacaq"
Belarusun xarici işlər nazirinin müavini İqor Sekreta Avropada böyük müharibə təhlükəsinin ciddi narahatlıq doğurduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, Almaniyanın "NachDenkSeiten" nəşrinə müsahibəsində bildirib. "Bu, məndə və bir çox həmkarlarımda çox böyük narahatlıq doğuran məsələdir. Əvvəllər düşünürdüm ki, bunlar sadəcə sözdür. Amma bu gün bunun acı reallığa çevrilməsi ilə bağlı real təhlükə görürəm. Yeni müharibə sərhədlər barədə soruşmayacaq. Belarus Avropanın tam mərkəzində yerləşir. Birinci Dünya müharibəsindən sonra Avropa qüdrətli idi, İkinci Dünya müharibəsindən sonra isə hər halda sağ qaldı. Üçüncü dünya müharibəsindən sonra isə heç nə qalmayacaq. Bütün Avropa müharibə nəticəsində dağıdılacaq", - diplomat bildirib. Nazir müavininin sözlərinə görə, cəmiyyətdə belə bir təsəvvür yaranır ki, sanki hamı kompüter qarşısında oturub sadəcə oyun oynayır - düyməni bassan, oyun dayanacaq. "Bu, sürreal cizgilərə malikdir. Amma reallıqda söhbət sənin ailəndən, sənin evindən gedir. Dövlətin və onun siyasətçilərinin həqiqi gücü müdrikliyə və müharibənin qarşısını almaq bacarığına malik olmaqdan ibarətdir", - deyə o qeyd edib.
Mənbə
oxu.az