Cəmiyyət
Məktəb alış-verişi üçün nə qədər pul lazımdır? - Bakı və Sumqayıtda QİYMƏTLƏR - FOTO
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə hazırlıq isə artıq valideynlərin gündəm mövzularından birinə çevrilib. Şagirdlərin ehtiyac duyduğu çanta, məktəbli forması, dəftərxana ləvazimatları və digər zəruri vasitələrin alınması üçün valideynlər mağazalara üz tuturlar. Bu müddətdə valideynlərin ən böyük qayğısı övladlarını məktəbə tam hazır görməkdir. Oxu.Az-ın əməkdaşı məktəblərin açılması ərəfəsində Bakı və Sumqayıt şəhərlərində mağazalarda qiymətlərə nəzər salıb.
İlkin qənaətimiz belədir ki, mağazalarda nisbətən durğunluq müşahidə olunur. Satıcıların sözlərinə görə, valideynlərin əksəriyyəti bazarlığa sentyabrın əvvəli, hətta dərslərin başlanmasına iki-üç gün qalmış başlayırlar. Onlar həmin tarixlərdə bazarda canlanmanın olacağını söyləyiblər. Biz isə qiymətlərə nəzər salıb, artım olub-olmadığını araşdırırıq. Sumqayıt şəhərində bəzi məktəbli mağazalarında iyulun 22-dən ləvazimatlar endirimli qiymətlərlə təqdim olunur. Aksiyanın sentyabrın 30-na qədər davam edəcəyi bildirilir. Endirimli qiymətlər isə yalnız nağd alışda keçərlidir. Bakıda isə qiymətlərdə hər hansı dəyişiklik yoxdur. Satıcılar qiymətlərdə artımın olmadığını söyləyirlər. Hazırda məktəbli bazarında dəftərlərin qiyməti 5 qəpik - 6 manat arasında dəyişir. Satıcılar deyirlər ki, qiymət dəftərin vərəqinin sayından və onun növündən asılı olaraq formalaşır. Sumqayıt şəhərində 40 vərəqli dəftər 25 qəpik, 60 vərəqli - 35 qəpik, 100 vərəqli - 55 qəpik, enli xətli 12 vərəqli - 15 qəpik, 24 vərəqli - 25 qəpik, 48 vərəqli - 40 qəpik, 60 vərəqli - 55 qəpik, 96 vərəqli - 75 qəpikdir. Bakıda isə 48 vərəqli dəftər 80 qəpik, 24 vərəqli - 50 qəpikdir, ən ucuz dəftər 30 vərəqlidir, onun qiyməti 30 qəpikdir. Spirallı böyük ölçü A4 həcmində dəftərlər 2 manat 5 qəpik, 240 vərəqli riyaziyyat dəftəri isə 6 manatdır.
Digər ləvazimatlara gəldikdə: - Albomlar 50 qəpik - 5 manat; - Yapışqanlar 30 qəpik - 2 manat; - Ağardıcılar 40 qəpik - 95 qəpik; - Qələmlər 15 qəpik - 2 manat; - Rəngli karandaşlar 1 manat 70 qəpik - 7 manat; - Plastilin 5 - 7 manat; - Flomasterlər 90 qəpik - 11 manat; - Su qabları 3 manat - 25 manat; - Qələm və karandaş qabları 2 manat - 8 manatdır.
Sumqayıt şəhərində isə qeyd edilən ləvazimatlarda 20 qəpik - 1 manat arası endirimlər mövcuddur. Məktəbli çantalarının qiymətləri isə istehsal edilən ölkələrə görə dəyişilir. Hazırda daha çox Türkiyə və Çin istehsalı mallar satışdadır. Qiymətləri 10-120 manat aralığında dəyişir. Çindən gələn ən yaxşı keyfiyyətdə olan çanta 60 manat, Türkiyədən gələn çantalar isə 30-65 manat aralığındadır. 120 manatlıq çantaların digərlərindən fərqi təkərlərinin olmasıdır. Bu çantaların digərlərinə nisbətdə daha keyfiyyətli olduğu bildirilir.
Məktəbli formalarının qiymətinə gəldikdə isə, Bakı Tikiş Evindən Oxu.Az-a bildirilib ki, qiymətlərdə dəyişiklik yoxdur və ötən ildən tətbiq olunan endirimlər qüvvədədir. Beləliklə, yeni tədris ili ərəfəsində məktəbli alış-verişinin qiyməti seçilən məhsulun keyfiyyətindən, istehsalçı ölkəsindən və mağazadan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Ən zəruri ləvazimatları daha münasib qiymətə əldə etmək mümkün olsa da, keyfiyyətli çanta və digər məhsullar üçün valideynlərin daha çox vəsait ayırması tələb olunur. Bakı ilə müqayisədə Sumqayıtda bəzi mağazalarda tətbiq edilən endirimlər isə məktəb alış-verişini nisbətən daha sərfəli edir.

Mənbə
oxu.az