Cəmiyyət

Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi

18 Aug 2026, 16:48 2 baxış
Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkə hesablarında paylaşım edib.


O bildirib ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.


Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanında da olub.


Bundan başqa, Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub.


Yuşenko həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı foto-sərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb.


Diplomat xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər