Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

18 Aug 2026, 14:16 2 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün avqustun 19-u və 21-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.


Bu barədə Axar.az-a QSC-dən bildirilib.


Məlumata əsasən, bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.


Qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.


Qeyd edilib ki, sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər