Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

18 Aug 2026, 12:25 17 baxış
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb. Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Belə ki, biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Mənbə oxu.az

Oxşar Xəbərlər