Cəmiyyət
Lökbatanda 15 gündür niyə su yoxdur?
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 2-ci massivinin sakinləri 15 gündür susuz qalıblar.
Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, ərazidə suyun verilməsi uzun müddətdir dayandırılıb və problem hələ də həllini tapmayıb.
Onlar aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) saytımıza bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza baş verib:
“Hazırda qəza aradan qaldırılıb və suyun verilişi qrafik üzrə bərpa olunur”.
Mənbə
axar.az