Cəmiyyət

Maşın su kanalına düşdü: ölənlər var - Foto

18 Aug 2026, 09:07 1 baxış
Maşın su kanalına düşdü: ölənlər var - Foto

Fövqəladə Hallar Nazirliyi Tovuzda iki nəfərin ölümü ilə nəticələnə yol qəzası ilə bağlı məlumat yayıb.


Qurumdan Axar.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idatrəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.


Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Səid Sakit oğlu Həziyevin meyiti və qəza nəticəsndə su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Arzu Şahmar oğlu Musayevin meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər