Cəmiyyət

Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb

18 Aug 2026, 02:48 1 baxış
Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb
Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, psixoterapevt İrina Kraşkina Lenta.ru-ya açıqlamasında belə deyib. O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib. Onun sözlərinə görə, tez-tez oyanmaq insanın əsəbiliyini artırır, əhval-ruhiyyəsinə və dözümünə mənfi təsir göstərir. Nəticədə adi məişət mübahisələri belə daha ciddi qəbul olunur. Mütəxəssis qeyd edib ki, problemin həlli üçün tərəflərin birlikdə çıxış yolu axtarması vacibdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər