Cəmiyyət

Xırdalanın Şərq küçəsində infrastruktur problemi: Sakinlər həll gözləyirlər - VİDEO

17 Aug 2026, 18:48 1 baxış
Xırdalanın Şərq küçəsində infrastruktur problemi: Sakinlər həll gözləyirlər - VİDEO
Xırdalan şəhərinin Şərq küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü uzun illərdir yararsız vəziyyətdədir. Ərazidən ağır tonnajlı yük avtomobillərinin intensiv keçməsi isə yolun daha da dağılmasına səbəb olub.

Sakinlərdən biri Baku TV-yə problemin uzun illərdir davam etdiyini deyib: "20 ilə yaxındır burada yaşayıram. Son 4-5 ildə yaşayışımız olduqca çətinləşib. Axşam qaranlıq olur, işıqlandırma yoxdur. Yolumuz bərbad vəziyyətdədir. İritonnajlı yük maşınları evlərimizin qarşısından keçir. Həqiqətən, burada yaşaya bilmirik. Yağış yağanda yol bataqlığa çevrilir. Girirsən, çıxa bilmirsən". Mövcud vəziyyət səbəbindən avtomobillərin hərəkəti də çətinləşib. Sakinlər bildirirlər ki, yolun çala-çuxur olması nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına və əlavə təmir xərclərinə səbəb olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər