Cəmiyyət
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - TARİX AÇIQLANDI
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan nəqliyyatın hərəkəti üçün bağlanacaq. Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərova küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Mənbə
oxu.az