Mədəniyyət

Kitabxanaların 90%-dən çoxu standartlara uyğun deyil - FOTO

17 Aug 2026, 16:32 2 baxış
Kitabxanaların 90%-dən çoxu standartlara uyğun deyil - FOTO
Mədəniyyət Nazirliyinin sistemində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) daxil olan kitabxanaların 90%-dən çoxu beynəlxalq standartlara (bina, struktur, xidmət sahəsi və s.) cavab vermir. Oxu.Az xəbər verir ki, bu məlumat Mədəniyyət Nazirliyi tərəfindən Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirəyə təqdim olunan "Kitabxana sisteminin optimallaşdırılması: təhlil və islahatlar" adlı hesabatında yer alıb. Hesabatda vurğulanır ki, cəmi 20% kitabxanada internet təminatı var və 96% kitabxanada avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb.
Hesabatın "Kitab fondu və oxucu bazası" ilə bağlı hissəsində qeyd olunub ki, MKS-də ümumi kitab fondu 18 milyon 894 min 915 nüsxə olduğu halda qeydiyyatdan keçmiş oxucu sayı cəmi 954 260 nəfər olub. Aparılan monitorinqlər zamanı o da aşkar olunub ki, əməyin müvafiq ödəniş qrupları üzrə tələblərini qarşılamaq üçün bir sıra kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayı təqdim olunmayıb.
Kitabxanaların 90%-dən çoxu standartlara uyğun deyil - FOTO Kitabxanaların 90%-dən çoxu standartlara uyğun deyil - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər