Digər

İsraildən Livana: Danışıqlardan imtina etmə!

15 Aug 2026, 23:23 4 baxış
İsraildən Livana: Danışıqlardan imtina etmə!

Livan hökuməti bu hadisədən sülh danışıqlarını təxirə salmaq və ya dayandırmaq üçün bəhanə kimi istifadə edərsə, bu, sülh düşmənlərinin taktiki qələbəsi olacaq.


Axar.az xəbər verir ki, bu barədə İsrail ABŞ-dakı səfiri Yexiel Leyter X sosial şəbəkəsində yazıb.


“Danışıqların pozulması Hizbullahın istədiyi nəticədir. İsrailin zərbələri Hizbullahın fəaliyyətinə cavabdır. Qruplaşma Livanın cənubundakı bufer zonada İsrail hərbçilərinə ilk olaraq hücum edib. İsrail ordusu isə cavab olaraq hücuma göstəriş verdiyi iddia edilən Hizbullah komandirinin olduğu hərbi qərargaha zərbə endirib. Hücum zamanı bir neçə qadın və uşağın da öldüyü bildirilir”, - Leyter bildirib.


Qeyd edək ki, Livan Prezidenti Cozef Aun İsrailin zərbələrinin iki ölkə arasındakı danışıqlar kontekstində “aydın siqnal” olduğunu bildirib. ABŞ-ın vasitəçiliyi ilə danışıqların növbəti mərhələsinin sentyabrın əvvəlində keçirilməsi planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər