Digər

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik - Pezeşkian

16 Aug 2026, 00:20 4 baxış
Bu ölkə ilə əlaqələri gücləndirəcəyik - Pezeşkian

İran Hindistanla hərtərəfli əlaqələri qarşılıqlı etimad və hörmət əsasında genişləndirmək, gücləndirmək niyyətindədir.


Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.


Onun sözlərinə görə, İslam Respublikası ikitərəfli əlaqələrin inkişafı və ortaq maraqların təşviqi istiqamətində iki ölkənin mövcud potensialından istifadə etməklə qarşılıqlı etimad və hörmət əsasında daha səmərəli addımlar atmağa hazırdır:


“İki ölkə arasında mövcud olan dərin tarixi, mədəni və sivilizasiya əlaqələri, eləcə də xalqlarımız arasında təmaslar qarşılıqlı maraqlara əsaslanan ikitərəfli münasibətlərin daha perspektivli gələcəyinin formalaşdırılması üçün dəyərli zəmin yaradır. Ümid edirəm ki, Tehran və Yeni Dehli arasında tarixən formalaşmış münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər