Dünya
Pezeşkiandan İran iqtisadiyyatı ilə bağlı ETİRAF: "Gəlirimiz azalıb"
İran Prezidenti Məsud Pezeşkian son iki müharibənin ölkənin iqtisadi vəziyyətinə təsirlərinə toxunub. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. İran Prezidenti bildirib ki, neft gəlirlərinin azalması, idxalın çətinləşməsi və bəzi istehsal müəssisələrinin zərər görməsi iqtisadi problemləri və hökumət üzərindəki təzyiqi artırıb. Pezeşkian vurğulayıb ki, mövcud şəraitdə qiymətlərin qalxması idxal xərclərinin artması ilə bağlıdır. "Gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik", - deyə Pezeşkian bildirib. O deyib ki, xərclərin artması, neft satışının azalması və sənaye müəssisələrinə dəyən ziyan dövlət gəlirlərinə ciddi təsir edib. İdxal olunan məhsullar isə ölkəyə əvvəlki kimi birbaşa yolla çatdırılmır. Bu da qiymət artımı ilə nəticələnir. "Onlar bir çox fabrikə zərbələr endirib, dağıdıblar", - deyə prezident müharibə zamanı dəyən zərərdən danışıb. "Biz fabriklərdən vergi toplaya bilmirik və bununla yanaşı, onlara pul verməliyik ki, ayaqda qala bilsinlər", - deyə Pezeşkian bildirib.
Mənbə
oxu.az