Dünya

Epşteyn işi ilə bağlı maraqlı məqam: "Playboy"un sahibi FTB-yə dəfələrlə zəng edibmiş

16 Aug 2026, 00:12 3 baxış
Epşteyn işi ilə bağlı maraqlı məqam: "Playboy"un sahibi FTB-yə dəfələrlə zəng edibmiş
"Playboy" jurnalının təsisçisi və sahibi Hyu Hefner 2005-ci ildə Epşteynin seksual xarakterli cinayətləri barədə ABŞ Federal Təhqiqat Bürosuna (FTB) bir neçə dəfə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məhkəmə materiallarına istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, 2005-ci ildə Hefner jurnalının 23 yaşlı modeli Odri Linn Kristiansenin xahişi ilə FTB-yə bir neçə dəfə zəng edib. Model maliyyəçi Ceffri Epşteynin ona qarşı seksual zorakılıq törətdiyini və onu öz dostu, Asiyanın ən varlı maqnatlarından biri olan Stenli Hoya kölə kimi satdığını iddia edib. Materialda qeyd olunur ki, FTB əməkdaşları qızla yalnız 2020-ci ildə, Epşteynin ölümündən sonra əlaqə saxlayaraq 15 il əvvəl təqdim edilmiş məlumatları yoxlayıblar. Yeni təfərrüat Epşteynin qurbanlarının adından məhkəməyə verilmiş iddianın bir hissəsinə çevrilib. İddiada onlar FTB-ni səhlənkarlıqda ittiham edərək bildiriblər ki, büro hələ 1996-cı ildən maliyyəçinin cinayətləri barədə çoxsaylı məlumatlar alıb, lakin lazımi tədbirlər görməyib. Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002-2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil etdiyinə dair sübutların olduğunu bildirib. Onların ən kiçiyinin 14 yaşı olub. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-nin deyil, bir çox digər ölkələrin keçmiş dövlət başçıları, vəzifədə olan və istefaya getmiş çoxsaylı yüksəkvəzifəli şəxslər, iri sahibkarlar və şou-biznes ulduzları olub. Maliyyəçinin vətənində onun barəsində cinayət təqibinə 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar etməsindən sonra xitam verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər