Dünya

Məhəmməd Salah "Trabzonspor"da debüt edib

16 Aug 2026, 01:00 2 baxış
Məhəmməd Salah "Trabzonspor"da debüt edib
34 yaşlı misirli hücumçu Məhəmməd Salah Türkiyə Superliqasının ilk turunda "Kasımpaşa" ilə keçirilən oyunda (1:1) "Trabzonspor"un heyətində debüt edib. Oxu.Az xəbər verir ki, Salah qarşılaşmanın ikinci hissəsində, 58-ci dəqiqədə meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Salah "Trabzonspor"a azad agent kimi keçib. Bundan əvvəl o, "Liverpul"dan ayrılmışdı. Misirli futbolçu "qırmızılar"ın heyətində iki dəfə İngiltərə çempionu (2019/2020 və 2024/2025 mövsümləri), Çempionlar Liqasının (2018/2019) və klublararası dünya çempionatının (2019) qalibi olub. Salah həmçinin İngiltərə Kubokunu (2021/2022), İngiltərə Liqa Kubokunu (2021/2022, 2023/2024), İngiltərə Superkubokunu (2022) və UEFA Superkubokunu (2019) qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər