Digər
Polşa tarixində ən böyük hərbi parad keçirildi
Polşanın paytaxtı Varşavada Ordu Günü münasibətilə ölkə tarixinin ən böyük hərbi paradı keçirilib.
Axar.az xəbər verir ki, bu barədə “TVP İnfo” məlumat yayıb.
Məlumata görə, paradda 1800-ə yaxın hərbçi, 300-dən çox hərbi texnika və 60 hava gəmisi iştirak edib. Onların arasında Polşa ordusuna daxil olan ilk ABŞ istehsalı F-35 qırıcısı da olub.
Bildirilib ki, parada ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbçiləri də qatılıb. Müttəfiq ölkələr arasında ən böyük kontingent Fransaya məxsus olub. Fransa hərbçiləri arasında Xarici Legionun bölməsi də yer alıb.
Qeyd edək ki, Ukrayna nümayəndələri paradda iştirak üçün dəvət olunmayıb.
Mənbə
axar.az