Digər

3 iranlı pilot əsir götürülüb? - Qətərdən rəsmi açıqlama

15 Aug 2026, 23:47 3 baxış
3 iranlı pilot əsir götürülüb? - Qətərdən rəsmi açıqlama

İran pilotlarının saxlanılması ilə bağlı yayılmış iddiaları qəti şəkildə rədd edirik.


Axar.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.


“Regionda vəziyyətin gərginliyini azaltmaq üçün davam edən diplomatik səylər fonunda belə yanlış məlumatlara təəccüblənirik", - deyə Qətər rəsmisi əlavə edib.


XİN nümayəndəsi ekipaj üzvlərinin sərhədləri pozduğu barədə xəbərdar edildiyini diqqətə çatdırıb:


“Döyüş qaydalarına riayət edildikdən və onlarla əlaqə saxlamaq cəhdləri cavabsız qaldıqdan sonra ərazimizin müdafiəsi üçün beynəlxalq hüququn tələblərinə uyğun olaraq zəruri tədbirlər görülüb”.


Qeyd edək ki, daha öncə Qətərin 3 iranlı pilotu əsir götürdüyünə dair xəbərlər yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər