Digər

Heqsetdən ABŞ-ın müttəfiqlərinə: BMC-ni tərk edin!

13 Aug 2026, 09:42 2 baxış
Heqsetdən ABŞ-ın müttəfiqlərinə: BMC-ni tərk edin!

ABŞ administrasiyası “Amerika Qalxanı” (“Shield of the Americas”) alyansının müttəfiqlərinin Roma Statutundan çıxmasını və Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etməsini istəyir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset Panamada çıxışı zamanı bildirib.


“Bizim ölkələrimiz öz suverenliyini və müdafiələri üçün öz hərbçilərindən istifadə etmək imkanını qoruyub saxlayır. Biz təhlükəsizliyimizə və mənim ölkəmin, eləcə də sizin ölkələrinizin vətəndaşlarının təhlükəsizliyinə qarşı təhdidlərdən özümüzü müdafiə etmək kimi mütləq hüququmuzdan heç vaxt imtina etməyəcəyik. Biz yalnız öz vətəndaşlarımız və öz konstitusiyalarımız qarşısında cavabdehik, seçilməmiş beynəlxalq bürokratlar qarşısında deyil. Məhz buna görə də alyansın hər bir üzvünü BCM-dən çıxmağa və onun hökumətlərinizin və məhkəmələrinizin suverenliyini əlindən almaq cəhdlərini rədd etməyə çağırıram. Mən hərbçi kimi konstitusiyaya sədaqət andı içmişəm, saxta və qanunsuz beynəlxalq məhkəməyə deyil”, – deyə hərbi nazir söyləyib.


Qeyd edək ki, “Amerika Qalxanı” ABŞ və bir sıra Latın Amerikası ölkələrinin narkokartellərlə mübarizə apardığı və birgə hərbi əməliyyatlar keçirdiyi alyansdır.

Mənbə axar.az

Oxşar Xəbərlər