Cəmiyyət
Yevlaxda ağır qəza: 2 nəfər öldü
Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, rayonun Salahlı kəndindən keçən hissəsində Aqşin Hüseynov idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.
Hadisə nəticədə Akif Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Hacıyev aldğı xəsarətlərdən hadisə yerində ölüb.
Faktı üzrə Yevlax RPŞ-nin İstintaq Bölməsində CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə
axar.az