Dünya

Salvadorda 5.5 maqnitudalı zəlzələ baş verib

13 Aug 2026, 09:32 2 baxış
Salvadorda 5.5 maqnitudalı zəlzələ baş verib
Salvador sahillərində 5.5 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Xidməti yayıb. Qurumun məlumatına əsasən, zəlzələnin episentri Çirilaqua şəhərindən 69 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 56 kilometr dərinlikdə olub. Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir rəsmi məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər