Dünya

Avropada anomal istilər: Reyn çayında suyun səviyyəsi minimum səviyyəyə düşdü

13 Aug 2026, 09:24 2 baxış
Avropada anomal istilər: Reyn çayında suyun səviyyəsi minimum səviyyəyə düşdü
Almaniya şirkətləri Reyn çayında suyun səviyyəsinin rekord həddə düşməkdə davam etməsi səbəbindən artan problemlər barədə məlumat verirlər. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Federal Su Yolları və Gəmiçilik İdarəsi (WSV) Avropada növbəti isti dalğası fonunda Reyn çayında suyun səviyyəsinin kəskin aşağı düşdüyünü və bunun yük gəmilərinin ilişib qalmasına səbəb olduğunu bildirib. Koblents şəhəri yaxınlığındakı dar hissədə gəmiçilik dərinliyi 12 santimetr təşkil edib ki, bu da 2018-ci ildə qeydə alınmış əvvəlki minimum səviyyədən (25 sm) aşağıdır. Çayın ümumi dərinliyi gəmiçilik dərinliyindən təxminən 1 metr çoxdur. Gəmilərin saya oturmasının qarşısını almaq üçün yükləri gəmilər arasında bölüşdürmək məcburiyyəti yaranır.
Mənbə oxu.az

Oxşar Xəbərlər