Digər

Putin bu yolla NATO-nu parçalaya bilər - Admiral

13 Aug 2026, 08:00 2 baxış
Putin bu yolla NATO-nu parçalaya bilər - Admiral

NATO-da istisna etmirlər ki, artıq yaxın bir neçə il ərzində Vladimir Putinin Rusiyası Alyansı möhkəmliyinə görə sınağa çəkməyə, onun real döyüş əməliyyatları aparmaq əzmini yoxlamağa cəhd göstərə bilər.


Axar.az xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan admiral Ceyms Stavridis deyib.


O hesab edir ki, onun komandanlığı dövründə NATO Rusiya ilə “yaxşı əməkdaşlıq edirdi”. Lakin Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsi “Putinin əsl niyyətlərini göstərdi”. Bu niyyətlərə Ukraynanı işğal etmək və daha sonra Avropanı özünə tabe etdirməyə çalışmaq daxil idi:


“Bu gün Putin Ukraynada məğlub olduğunu anlayır. O, Kiyevin cəsarəti və qətiyyəti, pilotsuz uçuş aparatlarından bacarıqla istifadə etməsi, eləcə də böyük həcmdə Amerika və Avropa silahları ilə qarşı-qarşıya qalır. Moskvanın nöqteyi-nəzərindən oyuna qayıtmağın açarı sadədir: Ukraynaya yardımı dayandırmaq”.


Bununla yanaşı, ABŞ-ın yardımı azaltması fonunda Putin hesab edə bilər ki, indi avropalıları qorxutmaq və ya öz tərəfinə çəkmək lazımdır. O, nüvə təhdidləri və hibrid hərbi əməliyyatların köməyi ilə Avropa ölkələrini qorxudaraq Alyansı parçalaya və öz ambisiyalarına nail ola biləcəyinə ümid edə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər