Digər

Şimali Koreya Putinə belə dəstək verir

13 Aug 2026, 07:00 2 baxış
Şimali Koreya Putinə belə dəstək verir

Bu yay Rusiya Prezidenti Vladimir Putin Ukrayna şəhərlərinin bombalanması üçün özünə itaətkar bir əlbir tapıb: işğalçılar raket zərbələri zamanı Şimali Koreyanın KN-23 və KN-24 sursatlarından istifadə etməyə başlayıblar.


Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşrində dərc olunan məqalədə qeyd olunub.


Xatırladılıb ki, avqustun 11-nə keçən gecə Zaporojyeyə də məhz bu raketlərlə zərbələr endirilib:


“Moskva Kiyevin uzaqmənzilli zərbələri nəticəsində tükənmiş hərbi səylərini və iqtisadiyyatını dəstəkləmək üçün özünə əlbir tapıb. Pxenyan üçün isə bu hərbi əməliyyatlar ötən əsrin ortalarından bəri hər hansı münaqişədə ən əhəmiyyətli iştirakı olacaq.


Şimali Koreya Rusiyaya buna bənzər “yardımı” bir il əvvəl də göstərmişdi. Görünür, bu dəfə də Kim Çen İn rejimi Rusiyaya Ukraynaya qarşı hücumlarda iştirak edə biləcək əsgərlər göndərib. Ən azı bir raket bölməsinin Voronejə göndərildiyi bildirilir. Bu bölmə 6 buraxılış qurğusu və 120 raketlə təchiz oluna bilər.


Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın inkişafı “bu rejimlərin maraqlarının getdikcə daha çox üst-üstə düşdüyünü göstərir”.


Qeyd olunur ki, 50 min hərbçinin təqdim edilməsi Rusiya prezidentinə öz ölkəsində siyasi baxımdan baha başa gələn səfərbərlikdən yayınmaqla Kiyevə təzyiqi davam etdirməyə kömək edə bilərdi. Raket ehtiyatlarının artırılması isə ona Ukrayna şəhərlərini bombalamağı davam etdirməyə imkan verir.

Mənbə axar.az

Oxşar Xəbərlər