Dünya

Milyon barel neft daşıyan tanker batır: Oman sahillərində kritik vəziyyət - FOTO

10 Aug 2026, 08:44 2 baxış
Milyon barel neft daşıyan tanker batır: Oman sahillərində kritik vəziyyət - FOTO
Oman sahillərində sanksiyalara məruz qalan "Caroline Bezengi" tankeri qəzaya uğrayır. Göyərtəsində təqribən bir milyon barel xam neft olan gəmi batmaqda davam edir. Suya sızan neft dəniz qoruğu üçün ciddi təhlükə mənbəyinə çevrilib. Oxu.Az xəbər verir ki, bu barədə "Arab News" nəşri peyk görüntülərinə istinadən məlumat yayıb. Tanker təqribən iki aydır ki, Omanın cənub-qərbindəki Kibliya adası yaxınlığında saya oturub. Peyk şəkillərinə əsasən, gəmi iyulun 31-dən avqustun 5-dək olan müddətdə nəzərəçarpacaq dərəcədə suya qərq olub. Avqustun 7-nə olan məlumata görə isə, neft ləkəsi artıq 800 kvadrat kilometrə yaxın ərazini əhatə edib. Qeyd olunur ki, Ərəbistan dənizi qoruğunda nəsli kəsilməkdə olan fırtınaquşları və nadir ərəb donqar balinaları da daxil olmaqla, unikal heyvan növləri yaşayır.
{{gallery}}
Milyon barel neft daşıyan tanker batır: Oman sahillərində kritik vəziyyət - FOTO Milyon barel neft daşıyan tanker batır: Oman sahillərində kritik vəziyyət - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər