Dünya

Yeni doğulan övladını görməyə gedən kişi təyyarədə qəza çıxışını açmağa cəhd etdi - VİDEO

10 Aug 2026, 07:34 2 baxış
Yeni doğulan övladını görməyə gedən kişi təyyarədə qəza çıxışını açmağa cəhd etdi - VİDEO
Malayziyadan Hindistana uçan 36 yaşlı Cəmşir Atanikal 9 000 metr yüksəklikdə təyyarənin qəza çıxışının qapağını açmağa cəhd edib. Oxu.Az xəbər verir ki, görüntüləri "The Sun" nəşri yayıb.

Videoda heyət üzvlərinin qorxu içində olan sərnişinlərin gözü qarşısında kişini zərərsizləşdirməyə çalışdığı görünür. Məlumata görə, Atanikal qəza çıxışını açmağa cəhd edərkən ətrafındakıları hədələyib. Nəticədə ekipaj üzvləri və digər sərnişinlər onu zərərsizləşdirərək əllərini plastik bağlarla bağlayıblar. Məlumata görə, Atanikal həbs edilib. O, yeni doğulmuş övladını görmək üçün evinə uçurmuş.
Mənbə oxu.az

Oxşar Xəbərlər