Dünya

Almaniya səmasında NƏ BAŞ VERİR? - UNO müşahidələrində rekord

10 Aug 2026, 05:00 3 baxış
Almaniya səmasında NƏ BAŞ VERİR? - UNO müşahidələrində rekord
Almaniyada naməlum uçan obyektlər (UNO) barədə daxil olan məlumatların sayında görünməmiş artım qeydə alınıb. Oxu.Az bildirir ki, bu barədə "Euronews" telekanalı Hessen əyalətinin Lütselbax şəhərində yerləşən Qeyri-adi Səma Fenomenlərinin Mərkəzi Tədqiqat Şəbəkəsinin (CENAP) məlumatlarına istinadən xəbər verib. Almaniya sakinlərinin müşahidə etdikləri qeyri-adi səma hadisələri barədə məlumatlar bu mərkəzdə toplanır. "Hazırda biz hər gün üçdən altıyadək məlumat alırıq. Şübhəsiz ki, almandilli məkanda UNO barədə məlumatların qəbulu üzrə ən çox yüklənmiş xidmət bizik", - deyə CENAP rəhbəri Hansyurgen Köler bildirib. Onun sözlərinə görə, avqust ayına olan məlumata əsasən, komanda artıq UNO ilə bağlı 14 000-ə yaxın müraciəti araşdırıb ki, bu da rekord göstəricidir. Əksər hallarda Almaniya sakinləri meteorlar kimi astronomik hadisələri, eləcə də müxtəlif texnoloji obyektləri - xüsusilə təyyarələri, helikopterləri, peykləri, raket pillələrini və müxtəlif şoularda istifadə olunan lazer şüalarını UNO ilə səhv salıblar. Bununla belə, mütəxəssislər bəzi hallara izah tapa bilməyiblər. * Pentaqon UNO arxivlərini yenidən AÇDI: Onilliklərin sirli görüntüləri üzə çıxdı - VİDEO Daha əvvəl Pentaqon öz saytında naməlum uçan obyektlərlə bağlı arxiv məlumatlarının beşinci paketini dərc edib. Həmin məlumat blokuna Yaxın Şərqdə çəkilmiş bir sıra videogörüntülər də daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər