Dünya

Ukraynada ÜST-nin humanitar anbarına zərbə endirilib

10 Aug 2026, 01:12 3 baxış
Ukraynada ÜST-nin humanitar anbarına zərbə endirilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukraynanın Dnepr şəhərindəki humanitar anbarı hücuma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus "X" hesabında məlumat yayıb. Qebreyesusun sözlərinə görə, ÜST əməkdaşı və sürücülər humanitar yüklərin təxliyəsinə kömək etmək üçün anbarın ərazisində olublar. Komanda hücumdan əvvəl təxminən 300 paletdən 130-nu təxliyə edərək ərazini tərk edə bilib. "Anbarda cəbhə xəttindəki tibb müəssisələri üçün nəzərdə tutulan humanitar tibbi ləvazimatlar, əsasən də ÜST-nin təcili tibbi yardım vasitələri saxlanılırdı", - Qebreyesus vurğulayıb.
Ukraynada ÜST-nin humanitar anbarına zərbə endirilib
Mənbə oxu.az

Oxşar Xəbərlər