Dünya
Trampın qolf-klubu üzərindən uçan təyyarələrin qarşısı alınıb
ABŞ-nin "F-16" qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində Prezident Donald Trampın olduğu qolf-klubun üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) "X" sosial şəbəkəsində məlumat yayıb. "Bütün hava gəmiləri NORAD təyyarələri tərəfindən təhlükəsiz şəkildə müşayiət olunaraq ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda bildirilib. Qeyd edək ki, ABŞ prezidenti sözügedən qolf-klubun sahibidir və həftəsonlarını tez-tez burada keçirir.
Mənbə
oxu.az