Dünya

Xamenei keçmiş SEPAH komandanını Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin etdi

09 Aug 2026, 23:16 2 baxış
Xamenei keçmiş SEPAH komandanını Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi təyin etdi
İranın Ali lideri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rezayini Ali Milli Təhlükəsizlik Şurasındakı (AMTŞ) nümayəndəsi təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə rəsmi sərəncamda bildirilib. Rezayi 1981-1997-ci illərdə SEPAH-a rəhbərlik edib. Hazırda o, Məsləhət Şurasının üzvü və İqtisadi Koordinasiya üzrə Ali Şuranın katibidir. Formal olaraq prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi AMTŞ ölkənin təhlükəsizlik və xarici siyasətini əlaqələndirir. Şuraya ölkənin ali hərbi, kəşfiyyat və hökumət rəsmiləri, həmçinin dini liderin nümayəndəsi daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər