Dünya
Tramp: "İran iqtisadi baxımdan çox pis vəziyyətdədir"
ABŞ Prezidenti Donald Tramp İranda iqtisadi vəziyyətin pisləşdiyini bildirib. Oxu.Az xəbər verir ki, Tramp bunu "Axios" portalına müsahibəsində deyib. "Biz səs-küy yaratmadan hərəkət edirik", - deyə ABŞ lideri İranla bağlı bundan sonrakı addımlardan danışarkən bildirib. Portalın məlumatına görə, ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına meyilli olduğunu, lakin sonradan onu hələlik deeskalasiyaya getməyə inandırdıqlarını bildiriblər. "Biz onlarla yalnız qismən danışıqlar aparırıq. Sadəcə olaraq, inflyasiyanın çox yüksək olduğu və pulunun olmadığı İranı müşahidə edirik", - Tramp deyib. Onun sözlərinə görə, İran iqtisadi baxımdan çox pis vəziyyətdədir. Tramp vəziyyətin pisləşməsinə, xüsusilə, ABŞ-nin İranı dənizdən blokadaya almasının təsir etdiyini düşünür. Bununla belə, Tramp Tehranla razılaşmanın əldə olunacağına əminliyini ifadə edib: "Hər şey alınacaq. Həmişə hər şey alınır. Bu, şahmat oyunu kimidir".
Mənbə
oxu.az