Dünya
Britaniyada isti günlərin sayına görə 30 illik rekord yenilənib
Böyük Britaniyada temperaturun 30 dərəcə və daha yüksək olduğu günlərin sayına görə yeni rekord qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb. 2026-cı ildə ölkədə artıq 35 belə gün qeydə alınıb. Halbuki yayın başa çatmasına hələ üç həftə qalır. Əvvəlki rekord 1995-ci ildə qeydə alınmışdı. Gələn həftə ölkədə temperaturun 35 dərəcəyə yaxınlaşacağı beşinci istilik dalğasının başlayacağı gözlənilir. Böyük Britaniyanın meteorologiya xidməti avqustun 3-də bildirib ki, 2026-cı ilin iyul ayı müşahidələr tarixində İngiltərə və Uelsdə yayın ikinci ayı üzrə ən quraq dövr olub. İngiltərədə iyul ərzində 6.5 mm yağıntı düşüb ki, bu da orta göstəricinin cəmi 10 faizidir. Uelsdə isə 9.3 mm yağıntı qeydə alınıb və bu, orta göstəricinin 9 faizinə bərabərdir.
Mənbə
oxu.az