Dünya
Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"
Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın genişmiqyaslı müharibənin astanasında olduğunu hesab edir. Oxu.Az xəbər verir ki, o, bu barədə "Axel Springer" media konserninin idarə heyətinin sədri Mattias Döpfnerin podkastında danışıb. O, son vaxtlar Ukraynada sülhə nail olmaq üçün kiminsə təşəbbüs göstərəcəyinə ümid etdiyini deyib. "Bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq", - Serbiya prezidenti vurğulayıb. Vuçiç Ukraynadakı münaqişənin 2026-cı ildə başa çatacağını düşünmür. "Mən bu il müharibənin bitəcəyini görmürəm, gələn yazdan əvvəl də müharibənin sona çatacağını düşünmürəm", - deyən prezident hazırkı vəziyyəti nəzərə alaraq kompromis qərarlar üçün imkan görmədiyini bildirib.
Mənbə
oxu.az